Səbətim
Şəxsi kabinetə giriş

Haqqımızda

“ÇİRAQ İNŞAAT” MMC şirkəti 2005-cü ildə təsis edilmiş, enerji və inşaat sektorunda Azərbaycan bazarında bu günə kimi qabaqcıl yerlərdən birini tutmaqda davam edir. Şirkət dünya standartlarına uyğun geniş çeşiddə və müxtəlif ölçüdə və gərginlikdə elektrik kabelləri və naqilləri istehsal edir. “ÇİRAQ İNŞAAT” MMC şirkəti TS EN ISO 9001:2000 keyfiyyət sertifikatı, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə dövlət komitəsinin AZS Milli Sertifikatlaşdırma sistemi ilə “Uyğunluq Sertifikatı” – na layiq görülmüşdür. “ÇİRAQ İNŞAAT” MMC şirkəti istifadə etdiyi xammalı Rusiya, Türkiyə və digər Avropa ölkələrindən alınır. Yüksək keyfiyyəti ilə seçilən “ÇİRAQ İNŞAAT” MMC istehsal etdiyi malları daxili bazarından başqa Gürcüstan, Qazaxıstan, Türkmənistan kimi dövlətlərə də ixrac edir. “ÇİRAQ İNŞAAT” MMC fəaliyyətinə elektrik kabelləri istehsal edərək başlasa da, daha sonra İnşaat sektoruna giriş etməyi qərar verdi.

“ÇİRAQ İNŞAAT” MMC olaraq hədəfimiz, istehsal etdiyimiz məhsulların keyfiyyətinin hər zaman yüksək olması, müştərilərimizin ehtiyac və tələblərini ən mükəmməl şəkildə təmin etməkdir.

“ÇİRAQ İNŞAT” MMC sizin işıqlı və etibarlı gələcəyiniz üçün güzəştsiz bir həlldir.